...

Azercell Braziliya ilə növbəti rouminq müqaviləsi imzalayıb

Telekommunikasiya Materials 7 Dekabr 2006 17:07 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom Birgə müəssisəsi (BM) daha bir yeni rouminq sazişi imzalayıb. Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu dəfə saziş Braziliyanın mobil rabitə operatoru - Telemig Celular ilə imzalanıb.

Bu, artıq Braziliyanın mobil şirkətləri ilə sayca ikinci rouminq müqaviləsidir. "Azercell" abunəçiləri artıq Braziliyanın Claro operatorunun xidmətindən yararlanırlar.

Indiyə kimi Azercell Telekom BM 135 ölkənin mobil rabitə operatorları ilə 305 rouminq sazişi bağlayıb.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti