...

Azercell yeni prouminq sazişi bağlayıb

Telekommunikasiya Materials 8 Dekabr 2006 17:00 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom Birgə müəssisəsi daha iki şəbəkə ilə rouminq xidmətini istifadəyə verib. Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Hindistanın "Bharti Airtel" şirkətinin Madhya Pradesh və Mumbai şəbəkələridir.

Bu, Bharti Airtel şirkətinin şəbəkələri ilə sayca 12-ci rouminq müqaviləsidir. Ümumilikdə isə Azercell bu ölkənin beş - Sterling Cellular, Hutchison Max Telecom (Orange), BPL Cellular Limited, BPL Mobile Communications və Bharti (Airtel) Cellular mobil şirkəti ilə əməkdaşlıq edir.

Indiyə kimi Azercell Telekom BM 135 ölkənin mobil rabitə operatorları ilə 307 rouminq sazişi bağlayıb.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti