...

Bakıda geniş zolaqlı rabitə abonentləri artır

Telekommunikasiya Materials 19 Yanvar 2007 15:25 (UTC +04:00)

Bakıda geniş zolaqlı rabitə abonentləri artır. Bu barədə Trend Azərbaycanın Rabitə və informasiya texnologiyaları nazirliyinə istinadən xəbər verir ki, Baki Telefon Rabitəsi (BTRIB) istehsalat birliyi şəbəkəsi üzrə genişzolaqlı rabitə abonentlərinin sayı 1494 nəfərə çatıb, ki, 2006-cı ilin əvvəlində onlar 942 nəfər idilər.

Paytaxtla yanaşı analoji xidjmətlər ölkə bölgələrinə də tətbiq olunub. Beləliklə, Aztelecom Net. İnternet provayderi vasitəsilə Abşeronda, Lənkəranda, Mingəçevirdə, Şəkidə, Qubada, Xaçmazda, Göyçayda, Zakatalada, Şəmkirdə, Yevlxda, Gəncədə, Sumqayıtda, Astarada, Cəlilabadda, Tovuzda 480 portlu, 24 ədəd DSLAM genişzolaqlı rabitə avadanlığı quraşdırılıb. Bu avadanlıq vasitəsilə 340 istifadəçinin sürətli internetə girişi təmin olunub.

2006-cı ildə bölgələrdə 33 ədəd HDSL avadanlığı quraşdırılıb, telefon xətləri çəkmək üçün texniki imkanların məhdud olduğu ərazilərdə 475 ədəd FSM-12 avadanlığı alınıb və quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti