...

Aztelekom İB Telekommunikasiya Şəbəkəsi tender elan edib

Telekommunikasiya Materials 6 Fevral 2007 13:22 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aztelekom İstehsalat Birliyinin İmişli rayon Telekommunikasiya Şəbəkəsi (TKŞ) avadanlıq alınması üçün tender elan edib. TKŞ-yə istinadən Trend xəbər verir ki, Boşçallar kəndində 256 nömrə tutumlu elektron avtomat telefon stansiyasının alınması nəzərdə tutulur.

Təkliflər fevralın 15-nə qədər qəbul ediləcək. Əlavə informasiya üçün TKŞ-yə müraciət etmək lazımdır.

Ölkə regionlarında rabitə sisteminin yenidən qurulması 2005-2008-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə Dövlət Proqramı ("Elektron Azərbaycan") çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti