...

Smart Systems Technology SMART-BANK-ın yeni versiyasını hazırlayıb

Telekommunikasiya Materials 13 Fevral 2007 15:18 (UTC +04:00)

Azərbaycanın Smart Systems Technology şirkəti öz əsas məhsulu - SMART-BANK avtomatlaşdırılmış bank sisteminin (ölkənin aparıcı banklarında, o cümlədən 70-dən çox filialda tətbiq olunan) yeni Oracle 10g VBİS versiyasını hazırlayıb. Bu barədə Trend ə Smart Systems Technology şirkətindən məlumat verilib.

Məhsulun əsas üstünlüyü bundan ibarətdir ki, sistem real vaxt rejimində Azərbaycan dilində, bank istifadəçilərinin arzusu ilə sistemin təkmilləşdirilməsində elastiklik və Azərbaycan Milli Bankının təlimatlarına əsasən hazırlanıb.

O, "Bankın əməliyyat günü", "Müştərilər", "Milli bank və bankın hesabatları", "Analizlər", "Kreditlər", "Depozitlər", X.Ö.H.K.S. və S.W.I.F.T, "Əmək haqqı", "İnsan resurslarının idarəsi", "Plastik kartlarla iş", "SMS BANKİNQ", "INTERNET BANKİNG" və s. funksiyalardan ibarətdir.

Yeni məhsulun əsas üstünlüyü yüksək sürət, davamlılıq, təhlükəsizlik və başqalarıdır.

"Bu gün məhsulun yeni versiyası banklara da təklif olunur", - deyə şirkətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti