...

Azərbaycan Rabitə Nazirliyi 2007-ci ildə yatırılacaq investisiyaların həcmini açıqlayıb

Telekommunikasiya Materials 14 Fevral 2007 15:00 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanvar ayında telekommunikasiya sahəsinə 2771,6 min manat investisiya yatırıb. Bu barədə çərşənbə axşamı Trend ə nazirlikdən bildiriblər.

"Aztelekom" İstehsalat Birliyi (İB) tərəfindən yanvar ayında 636,5 min manat, "Baki Telefon Rabitasi" İB tərəfindən - 944,6 min manat, "Teleradio" İB tərəfindən - 150,6 min manat, "Azerpocht" DM tərəfindən - 1005,6 min manat həcmində investisiya yatırılıb.

2007-ci ildə Rabitə Nazirliyi 29 mln. manat həcmində investisiya yatırımları proqnozlaşdırır. 2006-cı ildə dövlət rabitə müəssisələri tərəfindən yatırılan investisiyaların həcmi təxminən 42 mln. manat təşkil edib.

2006-cı ildə telekommunikasiya sahəsi üzrə vəsait qoyuluşlarının ümumi həcmi 211,6 mln. manata çatıb ki, bu da ölkə iqtisadiyyatına yönəlmiş ümumi investisiyaların 3,5%-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti