Azərbaycan,Bakı/ Trend /Aztelekom BM-in Mingəçevir Telekommunikasiya Qovşağı (TQ) avadanlıq alınması ilə bağlı tender elan edib. Təşkilatın məlumatında bildirildiyi kimi, FSM-32 (konservator) avadanlığının 10 komplektinin alınması nəzərdə tutulur.
Tenderdə iştirak etmək üçün ərizələr aprelin 22-dək qəbul olunacaq. Avadanlıq TQ-nin şəxsi vəsaitləri hesabına alınacaq.