...

Azərbaycanın yeganə kompüter zavodunun investisiyaları 1 mln. dolları ötüb

Telekommunikasiya Materials 3 May 2007 16:04 (UTC +04:00)
Azərbaycanın yeganə kompüter zavodunun investisiyaları 1 mln. dolları ötüb

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanda yeganə kompüter istehsalı zavodu - "KUR"un investisiyaları təqribən 1,5 mln dollar təşkil edir. Bu barədə müəssisənin rəhbəri Rizvan Osmanov bildirib.

Onun sözlərinə görə, 2007-ci ildə proqnozlaşdırılan investisiyaların həcmi 600 min dollar təşkil edir.

Bu il müəssisə 15 min kompüter istehsal etmək niyyətindədir ki, bu da ötən illə müqayisədə 4 min ədəd çoxdur. Birinci rübb üçün müəssisə 3,5 min kompüter istehsal edib.

Müəssisə ölkədə stasionar telefon aparatlarının istehsalına da başlayıb. Bu günə qədər istehsal olunmuş telefonların sayı 10,5 min ədəddir. Bu il 20 min aparat istehsal olunması planlaşdırılır. KUR P-001 aparatının qiyməti 8 manat təşkil edir.

2006-cı ilin sonunda müəssisə Avropa keyfiyyətin idarə olunması sertifikatını və Mərkəzi və Şərqi Avropa ölkələrinin keyfiyyət üzrə II Beynəlxalq Turnirinin diplomunu alıb. 2006-cı ilin mart ayından isə zavod ISO 9001 2000 sertifikatını alıb.

"KUR" zavodu birgə müəssisə kimi fəaliyyət göstərir. Payların böyük hissəsi isə Rabitə Nazirliyi və Azərbaycanın "SİNAM" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti