...

Nazir: "Azərbaycan hökuməti ilə "Microsoft" strateji tərəfdaşlıq sazişi imzalayacaqlar"

Telekommunikasiya Materials 7 İyun 2007 14:00 (UTC +04:00)
Nazir: "Azərbaycan hökuməti ilə "Microsoft" strateji tərəfdaşlıq sazişi imzalayacaqlar"

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycan hökuməti və "Microsoft" korporasiyası strateji tərəfdaşlıq sazişinin imzalanmasına hazırlaşırlar.

Bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti korporasiya ilə əməkdaşlıqdan razıdır və bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Nazir qeyd edib ki, saziş layihəsi artıq hazırdır. Lakin bəzi maddələrə düzəlişlər etmək zərurəti yarandığından imzalanmanı bir qədər yubatmaq qərara alınıb. "Sənəd üzərində iş daha bir neçə ay davam edəcək" - deyə o bildirib.

Abbasov deyib ki, saziş imzalandıqdan sonra korporasiyanın Azərbaycandakı bütün investisiya layihələri müəyyənləşdirilib elan olunacaq.

Xəbər lenti

Xəbər lenti