...

Azərcell şəbəkənin təkmilləşdirilməsi ilə bağlı işlər aparır

Telekommunikasiya Materials 19 İyul 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil operatoru Azərcell Telecom öz abunəçilərinə xəbərdarlıq edir ki, iyulun 20-də saat 02.00-dan başlayaraq səhər və gecə saatlarında telefon danışıqlarında, habelə bəzi xidmətlərin göstərilməsində mümkün çatışmazlıqlar yarana bilər. Bu, operatorun şəbəkənin təkmilləşdirilməsi ilə bağlı apardığı işlərlə əlaqədardır. Şirkət mütəmadi olaraq rabitənin keyfiyyətinin artırılması məqsədilə bu cür işlər həyata keçirir.

2,5 milyon abunəçiyə malik Azərcell Telecom Azərbaycanın mobil rabitə bazarının 78 faizini və əhalinin 99 faizini əhatə edir. Həmçinin şirkətin dünyanın 130 ölkəsinin 300 operatoru ilə rouminq sazişi var.

Azərcell Telecom 1996-cı ilin 19 yanvarında yaradılıb. Şirkət həmin ilin 15 dekabrında müştərilərinə sonradan ödəmə əsasında xidmət təklif etməklə fəaliyyətə başlayıb. Azərcell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və "Fintur Holdings BV" (64.3 faiz) şirkətinin birgə yaratdığı müəssisədir.

"Fintur Holding BV"nin səhmlərinin 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə "Teliasonera" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti