...

Azərbaycanda AİB-in su layihəsi çərçivəsində beynəlxalq tender elan edilib

Tender müsabiqələri Materials 29 Fevral 2012 20:38 (UTC +04:00)
"Azərsu" ASC (milli su operatoru) Asiya İnkişaf Bankının (AİB) investisiya proqramı çərçivəsində Beyləqan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin bərpası üzrə açıq beynəlxalq tender elan edib.
Azərbaycanda AİB-in su layihəsi çərçivəsində beynəlxalq tender elan edilib

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir Ə.Həsənov/

"Azərsu" ASC (milli su operatoru) Asiya İnkişaf Bankının (AİB) investisiya proqramı çərçivəsində Beyləqan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin bərpası üzrə açıq beynəlxalq tender elan edib. Trend-in məlumatına görə, tenderdə iştiraka AİB-in bütün üzv ölkələri buraxılır.

Tender aşağıdakı işlərdən ibarətdir:

- Suqəbuledici qurğuların tikintisi (suqaldırıcı boruların, sualtı nasosların və quyunu daxildən əhatə edən süzgəcli boruların quraşdırılması da daxil olmaqla 5 artezian quyusunun qazılması. Elektrik xətlərinin çəkilməsi və transformatorların quraşdırılması, landşaft və çəpərləmə işlərinin aparılması və s.);

- Su təchizatı sisteminin bərpası (təqribən 71 min metr uzunluğunda supaylayıcı şəbəkənin çəkilməsi, 3400 ədəd sayğacın quraşdırılması və s.);

- Kanalizasiya sisteminin bərpası (79 min metr uzunluğunda çirkab su şəbəkəsinin çəkilməsi, 2750 ədəd evə birləşdirmə, təxminən 56 min kvadratmetr sahədə asfaltlı və çınqıllı yolların bərpası və s.);

- İnzibati qurğuların quraşdırılması.

Yenidənqurma və tikinti işləri 548 gün ərzində başa çatmalıdır.

Tender sənədlərinin əldə edilməsinə görə ödəniş 100 manat və ya 130 dollar təşkil edir.

Tender təkliflərini bank zəmanəti ilə "Azərsu" ASC-yə təqdim etmək lazımdır. Ünvan: Bakı ş., Moskva prospekti 67, 3-cü mərtəbə, 321-ci otaq, AZ012

Əlaqələndirici şəxs: "Azərsu" ASC-də Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəisi Madər Quliyev.

Tel (+994 12) 530 43 44
Faks: (+994 12) 430 29 11

Tenderdə iştirak üçün müvafiq sənədlər 10 aprel saat 16:00-dan gec olmayaraq "Azərsu" ASC-nin baş ofisinə təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti