...

Yerquruluşu Layihə İnstitutu çərçivəsində tender elan edilib

Tender müsabiqələri Materials 9 İyun 2012 11:52 (UTC +04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Yerquruluşu Layihə İnstitutu üçün tələb olunan kompyuter avadanlıqları, dəftərxana və başqa malların satınalınması üçün tender elan edib. Trend-in məlumatına görə, bu barədə DTXK-nin şənbə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyili
Yerquruluşu Layihə İnstitutu çərçivəsində tender elan edilib

Azərbaycan, Bakı, 9 iyun/ Trend, müxbir Ə.Həsənov /

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Yerquruluşu Layihə İnstitutu üçün tələb olunan kompyuter avadanlıqları, dəftərxana və başqa malların satınalınması üçün tender elan edib. Trend-in məlumatına görə, bu barədə DTXK-nin şənbə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tender 3 lot üzrə keçiriləcək:
1-ci lot: dəftərxana və təsərrüfat mallarının və ehtiyat hissələrin satınalınması;
2-ci lot : kompyuter, server və şəbəkə avadanlıqlarının satınalınması, proqram təminatının və korporativ şəbəkənin qurulması işlərinin satınalınması;
3-cü lot: nəqliyyat vasitələrini satınalınması.

Daha aşağı qiymət, yüksək keyfiyyət təklif dən, müqaviləni vaxtında yerinə yetirən, analoji sahədə iş təcrübəsi olan iştirakçılara üstünlük veriləcək.

Hər bir lot üzrə iştiraka görə ödəniş 150 manat (200 dollar) təşkil edir. Tender təklifləri və iştirakçıların bank zəmanətləri 25 iyul saat 18:00-dək qəbul ediləcək. Tender təkliflərinin açılışı isə 26 iyul saat 12:00-da keçiriləcək.

Tenderdə iştirak üçün müvafiq sənədlər 2012-ci il 19 iyul saat 18:00-dək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qəbul ediləcək. Ünvan: Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, 93а.

Xəbər lenti

Xəbər lenti