...

ТАР iki tender elan edib

Tender müsabiqələri Materials 3 Mart 2015 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Aygün Bədəlova/

Transadriatik boru kəmərinin (TAP) tikintisi üzrə konsorsium qaz kəmərinin 105 kilometrlik dəniz sahəsinin tikintisi üçün iki təsnifat öncəsi tender elan edib. Bu barədə Trend konsorsiuma istinadən məlumat verir.

Boru kəmərinin çəkilməsində ən çox dərinlik 820 metr təşkil edəcək.

Birinci tenderin predmeti mühəndislik, alış və Albaniya və İtaliyanın cənubunun sahil xətləri arasında boru kəmərinin dəniz sahəsi üzrə tikinti və quraşdırma işləridir.

İkinci tenderin predmeti boruların və qaz kəmərinin dəniz sahəsi üçün örtülərin tədarüküdür. Tender 3 lota ayrılıb.

Qeyd edək ki, TAP layihəsi qazın Xəzər regionundan Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna və sonra Qərbi Avropaya nəql edilməsinə hesablanıb. Boru kəmərinin ümumi uzunluğu təqribən 870 kilometr təşkil edəcək.

Boru kəmərinin tikintisinə 2016-cı ildə başlamaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti