...

Abşeronda qəsəbə yolları təmir ediləcək - 1,2 milyon manat ayrıldı

Tender müsabiqələri Materials 5 Dekabr 2024 19:50 (UTC +04:00)
Abşeronda qəsəbə yolları təmir ediləcək - 1,2 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun Hökməli, Məmmədli və Qobu qəsəbələrində yollar əsaslı təmir olunacaq.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, təmir işləri Hökməli qəsəbəsinin S.Əskərova, Ə.Cəfərov, Həsən Əliyev, Y.Qarayev küçələrində, Məmmədli qəsəbəsinin M.Şirinov, E.Əliyev, M.Zeynalov, Z.Əliyeva, B.Vahabzadə küçələrində, Qobu qəsəbəsinin isə A.Qəribov, T.Sahibcanov, NHacıağayev küçələrində aparılacaq.

Məlumata görə, artıq bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti (RİH) hazırlıqlara başlayıb.

RİH sözügedən işlərin icrasını "Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.298.707,29 AZN (1 milyon 298 min 707 manat 29 qəpik) müqavilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti