...

TAP konsorsiumu qaz alışı üçün tender elan edəcək

Tender müsabiqələri Materials 29 Mart 2025 12:02 (UTC +04:00)
TAP konsorsiumu qaz alışı üçün tender elan edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans Adriatik Boru Kəməri (TAP) konsorsiumu kompressor stansiyalarında əməliyyat fəaliyyəti üçün yanacaq da daxil olmaqla, qazın alınması üçün tender elan edəcək.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Tender prosesinin əsas məqamları aşağıdakı kimidir:

Çatdırılma müddəti:

- 1 oktyabr 2025-ci il tarixindən 30 sentyabr 2027-ci il tarixinədək, 30 sentyabr 2028-ci il tarixinədək uzadılmaq imkanı ilə.

Çatdırılma nöqtələri:

- TAP Virtual Trading Point (VTP) – müvafiq dövr üçün zəmanətli ötürmə gücünə malik nəqliyyat müqavilələri olan TAP iştirakçıları üçün əlçatan ticarət platforması.

- Müvafiq dövr üçün fasiləli nəqliyyat gücü rezerv edən TAP iştirakçıları üçün əlçatan olan Melenjunyo, Nea Mesimvriya və ya Komotini birləşmə nöqtələri.

Əlavə olaraq:

TAP boru kəmərinin Qəbul Terminalında istifadə olunan qazın yenidən yüklənməsi üçün İtaliyanın Melenjiunyo şəhərində birləşmə nöqtəsi.

Qeyd edək ki, TAP təbii qazın Yunanıstan-Türkiyə sərhədindən İtaliyanın cənubuna qədər nəqlini təmin edərək, maraqlı tərəflərə qazın Avropanın müxtəlif ölkələrinə tədarükü imkanı yaradır.

TAP, Cənub Qaz Dəhlizi çərçivəsində Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz marşrutunun bir hissəsi olaraq, birbaşa və iqtisadi cəhətdən səmərəli nəqliyyat yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti