...

Trustkavets Azərbaycanın turizm bölgələri ilə əməkdaşlığa xüsusi maraq göstərir

Turizm Materials 19 Noyabr 2018 11:56 (UTC +04:00)
Ukraynanın mərkəzi kurort şəhəri olan Trustkavets Azərbaycanın zəngin turizm bölgələri ilə əməkdaşlığa xüsusi maraq göstərir.
Trustkavets Azərbaycanın turizm bölgələri ilə əməkdaşlığa xüsusi maraq göstərir

Bakı. Trend:

Ukraynanın mərkəzi kurort şəhəri olan Trustkavets Azərbaycanın zəngin turizm bölgələri ilə əməkdaşlığa xüsusi maraq göstərir.

Səfirlikdən Trend-ə bildiriblər ki, bu fikri adıçəkilən şəhərdə səfərdə olan Azərbaycanın Ukraynadakı səfir Azər Xudiyevlə görüşündə Truskavets şəhər meri Andrey Kulçinski deyib.

Azərbaycanla Ukrayna arasında bir çox istiqamətlərlə yanaşı, iqtisadi, mədəni, idman və turizm sahələrində əməkdaşlığın əsas prioritetlərindən biri olduğunu bildirən şəhər meri Truskavetsdə ilk dəfə olaraq dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş vokal beynəlxalq müsabiqəsinin keçirildiyini bildirib. Bu müsabiqənin nəinki iki dost ölkə arasında, o cümlədən Ukraynada yaşayan müxtəlif xalqların həmrəylik təntənəsinə çevrildiyini vurğulayıb.

Ölkəmizdə turizm sektorunun inkişafından söz açan mer qeyd edib ki, Azərbaycanın kurort bölgələri ilə Truskavets arasında qarşılıqlı turizm mübadiləsinin aparılması ikitərəfli münasibətlərimizin inkişafında yeni eranın başlanğıcı ola bilər.

Son bir ildə Azərbaycanla Ukrayna arasında mal dövriyyəsinin inkişaf tempindən söz açan səfir A.Xudiyev azərbaycanlı iş adamlarının Ukraynanın bir çox iqtisadi layihələri ilə yanaşı, turizm sektoruna da böyük investisiya yatırımları qoyduğunu diqqətə çatdırıb. Görüş zamanı hər iki ölkə arasında səmərəli investisiya mühitindən yararlanmağın vacibliyini vurğulayan səfir bildirib ki, Azərbaycanda xarici investorların yatırımı üçün kifayət qədər sağlam mühit mövcuddur.

A.Xudiyev qeyd edib ki, Azərbaycanın tanınmış şirkətləri Trustkavets şəhərinin iri layihələrinə investisiya qoymağa hazırdır: "Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Trustkavets şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları Ukrayna sərmayəçilərinin üzünə açıqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti