Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır

Turizm Xəbər 20 Mart 2021 21:24 (UTC +04:00)

Bakı. Trend:

Monteneqro rəhbərliyi sərhədlərini bağlamağı planlaşdırmır və aktiv şəkildə turizm mövsümünə hazırlaşır.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bunu Monteneqro iqtisadi İnkişaf nazirliyinin turizm üzrə dövlət katibi İvana Djuroviç deyib.

O bildirib: "Hazırda sərhədlərin bağlanacağını gözləmirik, turizm mövsümünə hazırlaşırıq. Peyvəndləmə prosesi intensivləşir və sərhədləri bağlamaq barədə düşünməyə əsasımız yoxdur".

İ.Djuroviçin sözlərinə görə, hökumət epidemioloji vəziyyətin yaxşılaşacağına əmindir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti