...

Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür - Malayziya Səhiyyə Səyahət Şurasının Baş İcraçı Direktoru

Turizm Materials 27 İyun 2022 14:12 (UTC +04:00)
Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür - Malayziya Səhiyyə Səyahət Şurasının Baş İcraçı Direktoru
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür.

Bunu Trend-ə müsahibəsində Malayziya Səhiyyə Səyahət Şurasının Baş İcraçı Direktoru Mohd Daud Mohd Arif deyib.

Bakıya ilk dəfədir ki, səfər etdiyini qeyd edən direktor səfərlə bağlı gözləntilərinin yüksək olduğunu bildirib.

“Azərbaycana etdiyimiz səyahətlə bağlı bir neçə istiqamətdə gözləntilərimiz var. Bunlardan biri də Azərbaycan və Malayziya arasında turist mübadiləsinin təşkili və insanları buna necə təşviq edə biləcəyimizlə bağlıdır”, - deyə o əlavə edib.

M.Arif, həmçinin tibbi turizm sahəsinin nə olduğundan və insanları hansı imkanlarla təmin etdiyindən bəhs edib.

“Tibbi turizm özündə bir neçə mənanı ehtiva edir. Ən əsası isə tibbi turizm turistlərə səyahət etdikləri ölkədə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlərin göstərilməsini nəzərdə tutan bir turizm növüdür. Bizim əsas məqsədimiz tibbi turizm sahəsini qlobal səviyyədə inkişaf etdirməkdir. Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür. Biz bu sahədə təcrübələrimizi və biliklərimizi Azərbaycanla bölüşməyə hazırıq", - deyə o bildirib.

Malayziyada tibbi turzim sahəsinin imkanlarını qeyd edən direktor orada insanların yüksək keyfiyyətli tibbi müalicə əldə edə biləcəklərini vurğulayıb.

“Bizim səhiyyə sistemi yüksək səviyyədə tənzimlənir. Qiymətlərə gəldikdə isə Malaziyada tibbi müalicələrin qiymətləri olduqca sərfləridir. Buna səbəb də hər kəsin sağlamlıq imkanlarından bərabər fayladana bilməsidir. Digər ölkələrlə müqayisə edilsə, Malayziyada qiymətlərin daha aşağı olduğunu görərlər.

Mənim direktoru olduğum qurum Malayziya Səhiyyə Səyahət Şurası (MHTC) Səhiyyə Nazirliyinin nəzdində sənaye əməkdaşlıqlarını koordinasiya etməklə, ölkədə və xaricdə dəyərli dövlət-özəl tərəfdaşlıq qurmaqla Malayziyanın səhiyyə səyahət sənayesini asanlaşdırmaq və təşviq etmək vəzifəsi daşıyan bir agentlikdir. Üzvlük xidmətimiz beynəlxalq xəstələrə nümunəvi xidmət göstərən Malayziya səhiyyə müəssisələrindən ibarətdir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti