Azərbaycan, Bakı, 23 fevral / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bu gün ikigünlük rəsmi səfərlə Azərbaycana gəlib. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Səfər Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti ilə həyata keçirilir. Həmkarlar iki nazirliyin əməkdaşlığı ilə bağlı danışıqlar aparacaqlar.
Türkiyəli nazirin Prezident İlham Əliyev, DİN rəhbəri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, FHN rəhbəri Kəmaləddin Heydərovla görüşləri gözlənilir.