...

Bu il Azərbaycanda 3500-ə yaxın yeraltı təkan qeydə alınıb

Cəmiyyət Materials 28 Dekabr 2011 16:22 (UTC +04:00)
Bu il ərzində Azərbaycan və onunla sərhəd zonalarda təxminən 3500-ə yaxın yeraltı təkan qeydə alınıb.
Bu il Azərbaycanda 3500-ə yaxın yeraltı təkan qeydə alınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il ərzində Azərbaycan və onunla sərhəd zonalarda təxminən 3500-ə yaxın yeraltı təkan qeydə alınıb. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmətin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, həmin zəlzələlərin 17-si hiss edilib. Hiss edilən ən güclü təkan 4-4,5 bal gücündə olub.

Yetirmişli deyib ki, 4,5-5 bal gücündə 3 zəlzələ qeydə alınıb. Azərbaycan-İran sərhədində 4,5 bal, Zaqatalada 4 bal, Qəbələdə 4 bal gücündə təkanlar baş verib. Hiss edilən qalan təkanlar 3-3,5 bal gücündə olub.

Xidmət direktorunun sözlərinə görə, ümumilikdə ölkə ərazisində yüksək seysmiklik baxımından Şamaxı-İsmayıllı bölgəsi zəif təkanlar hesabına aktivdir.

Xəbər lenti

Xəbər lenti