...

ABŞ beynəlxalq təhlükəsizliyin təminində Azərbaycanın rolunu yüksək qiymətləndirir

Nəzər nöqtəsi Materials 11 Sentyabr 2011 00:01 (UTC +04:00)
ABŞ beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Bu barədə Trend-ə səfirliyin mətbuat katibi Kis Bin deyib.
ABŞ beynəlxalq təhlükəsizliyin təminində Azərbaycanın rolunu yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 11 sentyabr /müxb.Trend V.Javoronkova/

ABŞ beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Bu barədə Trend-ə səfirliyin mətbuat katibi Kis Bin deyib.

"12 sentyabr 2001-ci ildən başlayaraq Prezident Heydər Əliyev ABŞ təyyarələrinə Azərbaycan ərazisi üzərindən Əfqanıstandakı əməliyyatlara dəstək üçün məhdudiyyətsiz uçuş icazəsi verdikdən bəri, Azərbaycan beynəlxalq təhlükəsizliyə mühüm töhfə verib", - Bin bildirib.

O qeyd edib ki, Azərbaycan əsgərləri ABŞ və beynəlxalq qüvvələrlə Kosovo, İraq və hazırda Əfqanıstanda çiyin-çiyinə dayanıblar.

Onun sözlərinə görə, Azərbaycan Şimal bölüşdürücü şəbəkəsində Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələri üçün qeyr-hərbi yüklərin tədarükündə, həmçinin beynəlxalq təhlükəsizliyin möhkəmlənməsi məqsədilə müxtəlif sahələrdə mühüm rol oynayır.

"ABŞ Azərbaycana terrorla bağlı mübarizədəki mətin tərəfdaşlığa görə çox minnətdardır", - Bin deyib.

Sentyabrın 11-də "əl-Qaidə" terrorçularınun ABŞ-a qarşı həyata keçirdikləri irimiqyaslı terror aktından tam 10 il ötür. Bundan sonra ABŞ qlobal terrora qarşı müharibə elan edib.

Xəbər lenti

Xəbər lenti