...

Ermənistanda vəziyyət hər an nəzarətdən çıxa bilər

Nəzər nöqtəsi Materials 30 İyul 2015 08:00 (UTC +04:00)
Yerevan yenə çalxalanır. Şəhərdə aksiyalar yenidən vüsət alıb. "Ayağa qalx, Ermənistan" hərəkatı sosial tələblərlə təkrar etiraz aksiyalarına başlayıb.
Ermənistanda vəziyyət hər an nəzarətdən çıxa bilər

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

Yerevan yenə çalxalanır. Şəhərdə aksiyalar yenidən vüsət alıb. "Ayağa qalx, Ermənistan" hərəkatı sosial tələblərlə təkrar etiraz aksiyalarına başlayıb. Polis etirazçıların qarşısını güc tətbiq edərək alıb. Etirazçılar irəli sürdükləri sosial tələblərin avqustun 1-dək yerinə yetirilməyəcəyi təqdirdə etirazların davam edəcəyini bəyan ediblər.

Hərəkat üzvləri avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edirlər. Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirəcəklərini, əsas magistral yolları bağlayacaqlarını, oturaq aksiyaya keçəcəklərini deyiblər. Hökumət isə geri çəkilməyəcəyini bildirib.

Yayın qızmar günlərində Ermənistanda hadisələrin bu xronologiya ilə davam etməsi paytaxt Yerevan da daxil omaqla, ölkədə xaotik durumun daha da dərinləşməsindən xəbər verir. İqtisadi bataqlıqdan çıxa bilməyən Ermənistan hökuməti düşdüyü xaosdan çıxmaq üçün yollar axtarır. Bir dövlət olaraq inkişaf perspektivləri olmayan Ermənistanda isə çıxış yolları ölkənin daxili imkanları çərçivəsində deyil, kənardan axtarılır.

Səfalətin, aclığın hökm sürdüyü ölkədə siyasi rəhbərlik hər zamankı kimi çıxış yollarını başqa dövlətlərin rəhbərlərinin qapısında "ianə" toplamaqda görür. Təbii ki, ermənilər hər zaman olduğu kimi bu "ianə"ləri ad və formalarını dəyişdirməklə, üstlərini hiyləgərliklə ört-basdır etməklə, don geyindirib bəzəməklə müxtəlif bəhanə və səbəblərlə alırlar. Hökumət aldığı bu vəsaitlərlə ölkədə partlayış həddinə gələn iqtisadi, sosial problemləri həll etməyə çalışır.

Artıq etirazçıların irəli sürdükləri sosial tələblərin yerinə yetirilməsi üçün verilən müddət bitmək üzrədir. Hökumətlə etirazçılar arasında danışıqların aparılması və ya tələblərlə bağlı hər hansı razılığa gəlinməsi üfüqdə görünmədiyindən ölkədə situasiya hər an nəzarətdən çıxa bilər. Ümumi razılığın olmaması, tələblərin yerinə yetirilməməsi etiraz aksiyalarına digər qüvvələrin də qoşulmasını, etiraz dalğasının genişlənməsini reallaşdırır. Bu isə Ermənistanda paytaxt və digər şəhərlərdə etiraz dalğasının böyüməsinə gətirib çıxaracaq.

Hökumət siyasi böhranın bir addımlığındadır. Ermənistanda hadisələrin bu məcrada baş verməsi masa üzərinə yeni təkliflərin qoyulmasını diktə edir. Bundan qaçan Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır.

Görünən odur ki, bu yay Ermənistanın ciddi problemlər məngənəsində boğulacağı qaçılmazdır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti