...

Prezidentlərin Vyana görüşünün əsas məqamları

Nəzər nöqtəsi Materials 17 May 2016 11:44 (UTC +04:00)
Mayın 16-da Vyana şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu.
Prezidentlərin Vyana görüşünün əsas məqamları

Bakı. Elçin Mehdiyev - Trend:

"Mayın 16-da Vyana şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Gözlənildiyi kimi görüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirlərinin iştirakı ilə keçirildi. Belə bir formatda görüş ilk dəfə idi ki, baş tuturdu".

Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, görüşdə təmsil olunan hər bir dövlətin öz maraqları var idi: "ABŞ-da noyabr ayında prezident seçkiləri keçiriləcək və onlar özlərindən sonra hər hansı bir münaqişəni dondurulmuş şəkildə miras qoymaq istəmirlər. Rusiya isə regionda nüfuz sahibinin kim olduğunu bir daha biruzə verməyə çalışır. Fransanın xarici işlər nazirinin iştirakı isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün məhz regionda təhlükəsizliyin təmi edilməsinin, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinin çox böyük əhəmiyyət kəsb etdiyini göstərmək idi".

A.Nağıyev vurğulayıb ki, məlumdur ki, bu görüş ermənilər üçün daha sevindirici idi: "Belə bir vəziyyətdə, yəni Ermənistanda daxili sabitliyin pozulduğu, müxtəlif siyasi partiyaların Serj Sarkisyanın istefasını tələb etdiyi, eyni zamanda qondarma "DQR" ilə Ermənistan hakimiyyəti arasında uçurumun yarandığı bir vaxtda Ermənistan rəhbərliyi bu görüşə böyük istək və arzu ilə gedirdi".

Politolioq bildirib ki, Azərbaycan tərəfi isə bu görüşə bir diktə edən, şərtlər qoyan tərəf kimi getdi: "2-5 aprel döyüşlərindən sonra Azərbaycan bir diktə edən tərəf kimi çıxış edir".

A.Nağıyev deyib ki, əgər iyun ayına qədər qoşunların təmas xəttində atəş dayandırılarsa, eyni zamanda müəyyən sakitlik yaranarsa, iyun ayında ikinci mərhələ danışıqlara keçmək olar: "Yəqin ki, artıq işğal edilmiş rayonların Azərbaycana qaytarılması istiqamətində addımlar atılmalıdır. Əsas məqam odur ki, Azərbaycan Prezidenti İlham Əliyev diktə edən, suverenliymizi, işğalçı ordunun Azərbaycan ərazilərindən çıxmasını tələb edən dövlət başçısı kimi çıxış etdi. Həmişə olduğu kimi ATƏT yenə də sülhü bərqərar etmək üçün addımlar atsa da, bizim əsas məqsədimiz istər Madrid prinsipi, istər Paris prinsipi, istərsə də Kazan prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsindən ibarətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti