...

PA rəsmisi: Dövlət orqanları dövlət qulluqçularının işini düzgün qiymətləndirməlidir

Nəzər nöqtəsi Materials 10 İyul 2017 10:09 (UTC +04:00)
Dövlət orqanları dövlət qulluqçularının işinin qiymətləndirməsini düzgün həyata keçirməli, kadr potensialından düzgün istifadə etməlidir.
PA rəsmisi: Dövlət orqanları dövlət qulluqçularının işini düzgün qiymətləndirməlidir

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət orqanları dövlət qulluqçularının işinin qiymətləndirməsini düzgün həyata keçirməli, kadr potensialından düzgün istifadə etməlidir.

Trend-in məlumatına görə, bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının (PA) Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov deyib.

Y.Hüseynov bildirib ki, qiymətləndirmənin nəticəsindən asılı olaraq, dövlət qulluqçularının həvəsləndirilməsinə diqqət yetirilməlidir. Dövlət qulluqçularının ixtisasının artırılması ilə bağlı yeni tələblər ortaya qoyulmalıdır.

O xatırladıb ki, ümummilli lider Heydər Əliyevin dövründə Azərbaycanda dövlət qulluğu sahəsində islahatlar aparılıb. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericlik bazası yaradılıb".

PA rəsmisi qeyd edib ki, Azərbaycanda dövlət qulluğuna qəbul və bu sahədə fəaliyyətin davam etdirilməsi üçün qanunvericlikdə dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti