...

Deputat: İran və Azərbaycan prezidentlərinin son 4 ildə 11 dəfə görüşməsi əlaqələrin möhkəmlənməsindən xəbər verir

Nəzər nöqtəsi Materials 29 Mart 2018 16:09 (UTC +04:00)
İran və Azərbaycan prezidentlərinin son 4 ildə 11 dəfə görüşməsi ölkələrimiz arasında əlaqələrin get-gedə möhkəmlənməsindən xəbər verir.
Deputat: İran və Azərbaycan prezidentlərinin son 4 ildə 11 dəfə görüşməsi əlaqələrin möhkəmlənməsindən xəbər verir

Bakı. Samir Əli - Trend:

İran və Azərbaycan prezidentlərinin son 4 ildə 11 dəfə görüşməsi ölkələrimiz arasında əlaqələrin get-gedə möhkəmlənməsindən xəbər verir. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

O qeyd edib ki, əməkdaşlığı tarixi köklərə bağlı olan İran və Azərbaycanın münasibətlərinin səviyyəsinin yüksəlməsi mühüm əhəmiyyət kəsb edir:

"Budəfəki görüşdə də mühüm sazişlər imzalandı. Bu sənədlərdən ən əhəmiyyətlisi Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu və Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişdir. Səfər çərçivəsində digər sahələrdə - ekologiya, idman, mədəniyyət və səhiyyə sahələrində də sazişlər imzalandı. Bu o deməkdir ki, artıq İranla Azərbaycan daha da yaxınlaşır. İranla Azərbaycan arasında ikitərəfli görüşlərlə yanaşı, üçtərəfli və dördtərəfli formatda da görüşlər keçirilir. Bu isə o deməkdir ki, bu görüşlər regionda sülhün, təhlükəsizliyin qorunmasına səbəb olur. Hesab edirəm ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi artacaq, digər sahələrdə əməkdaşlıqla bağlı irəliləyişlər əldə ediləcək".

T.Kərimli bildirib ki, Azərbaycanla münasibətlərin inkişafında İran ictimaiyyəti də maraqlıdır və bu əməkdaşlığa dəstək verir: "İran vətəndaşlarının son vaxtlar Azərbaycana gəlişi artıb. Bu da turizm sahəsinin qarşılıqlı inkişafı və sərmayə qoyuluşunun artımına töhfədir".

Millət vəkili qeyd edib ki, səfər çərçivəsində İran Prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər də səsləndirdi: "Həsən Ruhani də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və bu münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu deyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti