...

OPEC-in baş katibi: “Şahdəniz” bütün dünyanın qürur duymalı olduğu layihədir

Nəzər nöqtəsi Materials 29 May 2018 11:32 (UTC +04:00)
“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi bütün dünyanın qürur duymalı olduğu layihədir
OPEC-in baş katibi: “Şahdəniz” bütün dünyanın qürur duymalı olduğu layihədir

Bakı. Ləman Zeynalova – Trend:

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi bütün dünyanın qürur duymalı olduğu layihədir.

Trend-in məlumatına görə, bunu Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin işə salınması mərasimində OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Layihənin birinci mərhələsi “Şahdəniz” yatağından Cənubi Qafqaz, daha sonra Transanadolu (TANAP) boru kəmərləri ilə Türkiyənin Əskişəhər şəhərinə qaz nəqlini nəzərdə tutur.

M.Barkindo bildirib: “Mənim üçün burada, Xəzər dənizinin Səngəçal terminalında olmaq və təkcə 25-ci yubiley Beynəlxalq neft və qaz sərgisinin açılışının yox, həm də “Cənub Qaz Dəhlizi” layihəsinin işə salınmasının şahidi olmaq böyük şərəfdir”.

Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən M.Barkindo qeyd edib ki, “Şahdəniz” layihəsi dövlət başçısının uzaqgörən rəhbərliyinin bariz nümunəsidir:

“Bu layihə çoxmilyardlı kapital yatırımlarını nəzərdə tutur və dünyada ən iri energetika layihələrindən biridir. Bu layihə Azərbaycan iqtisadiyyatına mühüm gəlirlər gətirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti