...

Arzu Nağıyev: Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olması qürurvericidir

Nəzər nöqtəsi Materials 28 İyun 2018 13:01 (UTC +04:00)
Bu gün Azərbaycan Ordusu ən müasir silah və texnologiyalarla təchiz olunur.
Arzu Nağıyev: Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olması qürurvericidir

Bakı. Trend:

Azərbaycan ötən gün keçirilən möhtəşəm hərbi paradla həm də bütün dünyaya bir mesaj ünvanladı. Bu, o deməkdir ki, ölkəmiz işğal altındakı torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır. Bu gün Azərbaycan Ordusu ən müasir silah və texnologiyalarla təchiz olunur.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib.

O qeyd edib ki, Azərbaycan kimi gənc bir dövlətin ordusunun dünyanın ən güclü orduları sırasında olması asan başa gələn məsələ deyil. Bu, hər bir azərbaycanlı üçün qürurvericidir. Zaman keçdikcə Azərbaycan Ordusunun davamlı uğurlarının şahidi olacağıq.

Siyasi ekspertin sözlərinə görə, bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı ilə təchiz olunub. Ali baş komandan İlham Əliyev paradda bir daha qeyd etdi ki, neftdən əldə edilən gəlirlərin çox hissəsi ordunun inkişafına, zənginləşməsinə yönəlir. Təbii ki, bütün bunlar əsas verir ki, ordumuz daha da qüvvətlənsin, istənilən situasiyaya hazır olsun, Azərbaycan vətəndaşı da bundan qürur duysun.

Bunun ən bariz nümunəsinin 2016-cı ilin Aprel əməliyyatları olduğunu deyən müsahibimiz vurğulayıb ki, ordumuz sübut etdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək qabiliyyətindədir. Aprel döyüşləri həm ordumuzda, həm də xalqımızda qələbəyə inamı daha da artırdı, vətəndaşlarımızı ruhlandırdı. Son vaxtlar keçirilən Naxçıvan əməliyyatı bunu bir daha sübut etdi. Bütün bunlar təbii ki, bu sahədə aparılan uğurlu islahatların, ordumuzun inkişafı istiqamətində həyata keçirilən strategiyanın uğurlu nəticələridir.

Ekspert əlavə edib ki, paradda təkcə xarici dövlətlərdən alınan müasir texnika deyil, eyni zamanda, öz istehsalımız olan texnika da nümayiş etdirildi. Bunları idarə edən milli kadrlarımız da tam təkmilləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti