...

Deputat: Ermənistanın işğalçılıq siyasətinə dəstək verən Fəxrəddin Abbasovun həbsinə siyasi don geyindirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər

Nəzər nöqtəsi Materials 4 Mart 2019 16:42 (UTC +04:00)
Beynəlxalq güc mərkəzləri fikir plüralizmi, söz azadlığı, insan hüquqları, etnik və dini azlıqların hüquqları və s. kimi məsələlərdən milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Deputat: Ermənistanın işğalçılıq siyasətinə dəstək verən Fəxrəddin Abbasovun həbsinə siyasi don geyindirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər

Bakı. Elçin Mehdiyev – Trend:

Beynəlxalq güc mərkəzləri fikir plüralizmi, söz azadlığı, insan hüquqları, etnik və dini azlıqların hüquqları və s. kimi məsələlərdən milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu universal dəyərlər siyasi istismar vasitəsinə çevrilərək dəyərsizləşdirilir və bunu qlobal imperializm öz məqsədlərinə çatmaq üçün edir:

“Başqa ölkələrdən hüquq və azadlıqlara hörmət tələb edən beynəlxalq güc mərkəzlərinin mənsub olduğu ölkələrin özlərində hüquq və azadlıqların daha çox pozulması hallarına rast gəlinir. Onlar öz milli maraqlarını, imperialist maraqlarını təmin etmək üçün istismar obeykti kimi müəyyənləşdirdikləri ölkələrə qarşı xüsusi təzyiq, yaxud siyasi şantaj mexanizmi formalaşdıraraq onun adını bəzən "beynəlxalq hüquq müdafiəsi təşkilatları", bəzən də "söz və vicdan azadlıqları təşkilatları" qoyurlar".

Millət vəkilinin sözlərinə görə, onların əsl məqsədi hüquq və azadlıqların qorunması deyil, bəzi ölkələri nəzarət və təzyiq altında saxlamaqdır:

"Fəxrəddin Abbasovun həbsinə siyasi don geyindirmək istəyənlər də elə həmin istismarçı mərkəzlərin beynəlxalq şantaj şəbəkəsidir. Fəxrəddin Abbasov Azərbaycana qarşı radikal çıxışlar edən separatçıdır və bu il fevralın 28-də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində hələ 2018-ci il iyulun 14-də Səbail rayon məhkəməsinin qərarı ilə cinayət işi açılıb və həbsinə qərar verilib. O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar edib, Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu da bəllidir".

H.Babaoğlu əlavə edib ki, F.Abbasov dəfələrlə işğalçı Ermənistanın paytaxtı Yerevan şəhərində müxtəlif tədbirlərə qatılaraq işğalçılıq siyasətinə dəstək verib: "Bütün bunlar isə ölkəmizin milli təhlükəsizliyini təhdid etməklə konkret cinayət tərkibli hərəkətlərdir və hamı çox aydın dərk etməlidir ki, Azərbaycan qanunlarını pozan, onun milli təhlükəsizliyini təhdid edən hərəkətlərə kim yol veribsə, mütləq, gec-tez cəzalandırılacaq. Ona görə də burada etnik mənsubiyyət, ya da hansısa azadlıq, hüquq axtarmaq yersizdir. Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və hamı eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də bu hadisəni siyasiləşdirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti