...

Faiq Abbasov: Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir (VİDEO)

Nəzər nöqtəsi Materials 14 Sentyabr 2019 10:41 (UTC +04:00)
Dövlət sahibkarın ən böyük himayəçisi və dostudur.
Faiq Abbasov: Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir (VİDEO)

Bakı. Samir Əli - Trend:

Dövlət sahibkarın ən böyük himayəçisi və dostudur. Prezident İlham Əliyevin bu devizi son illər ölkəmizdə sahibkarlıq fəaliyyətinin sürətli inkişafına səbəb olub. Bu baxımdan, kiçik və orta sahibkarlara göstərilən dövlət qayğısını xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyev sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyini yaradıb. Burada əsas məqsəd kiçik və orta biznes üçün dəstəyi daha da artırmaq, biznes mühitini yaxşılaşdırmaq və bu sahədə şəffaflığı təmin etməkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Faiq Abbasov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kiçik və orta biznes sektorunda da əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərlə müşahidə edilməkdədir:

"Bu istiqamətdə islahatların hazırkı mərhələsi bir sıra önəmli xüsusiyyətləri ilə səciyyələnir. Öncə həmin islahatların dövlət - sahibkar əməkdaşlıq platformalarında həyata keçirilməsini qeyd etmək istərdim. Son illər bu istiqamətdə əhəmiyyətli addımlar atılmaqdadır. Agentliyin bu istiqamətdə cənab Prezidentin "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" devizinin tətbiqi ilə bağlı kiçik və orta biznesin dostları şəbəkəsinin formalaşdığını xüsusi qeyd etmək istərdim. Və hazırda bu şəbəkənin formalaşmasında məqsəd sahibkarın yanında olmaq, onların tələbatlarını daim öyrənmək və agentliyin fəaliyyətini məhz bu istiqamətdə həyata keçirmək dayanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti