...

"Eurovision 2012"-ni 1500-dən çox jurnalist işıqlandıracaq

Eurovision-2012 Materials 13 May 2012 10:05 (UTC +04:00)
Bakıdakı "Eurovision 2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir.
"Eurovision 2012"-ni 1500-dən çox jurnalist işıqlandıracaq

Azərbaycan, Bakı, 13 may /Trend/

Bakıdakı "Eurovision 2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir. Eurovision 2012-nin Mətbuat Mərkəzində müsabiqə müddətində yerli jurnalistlərlə yanaşı, 1500-dən çox jurnalist çalışacaq. Trend "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən məlumat verir ki, bunu müsabiqənin rəhbəri Yan Ola Sand müsahibədə deyib.

"Biz Bakıdakı müsabiqənin 1500 jurnalistin işıqlandıracağını bilirik. Amma bu say fanatlarla bərabər təxminən 2000-ə yaxın olacaq. İştirakçı ölkələrin nümayəndə heyətləri isə 1000 nəfərdir", - Sand deyib.

Onun sözlərinə görə, jurnalist, fanat və nümayəndə heyətlərinin sayı 3000 insanın Bakıya gələcəyindən xəbər verir.

Xəbər lenti

Xəbər lenti