...

Niderlanddan olan türk "Bakı Kristal Zalı"nın səhnəsində (FOTO)

Eurovision-2012 Materials 19 May 2012 14:48 (UTC +04:00)
"Bakı Kristal Zalı"nın səhnəsində Niderlandın "Eurovision 2012" təmsilçisi Joan Frankanın məşqi keçirilib.
Niderlanddan olan türk "Bakı Kristal Zalı"nın səhnəsində (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

"Bakı Kristal Zalı"nın səhnəsində Niderlandın "Eurovision 2012" təmsilçisi Joan Frankanın məşqi keçirilib.

Trend-in məlumatına görə, müğənni ikinci yarımfinalda "You and Me" ("Sən və mən") kompozisiyası ilə çıxış edəcək.

Joanın əsl adı Aytən Kalandır. Rotterdamda anadan olub. Atası türk, anası hollanddır. Musiqi karyerasına 2010-cu ildə "The Voice of Holland" müsabiqəsində iştirak etməklə başlayıb. Məhz bu müsabiqə müğənniyə ilk populyarlıq gətirib.

Xəbər lenti

Xəbər lenti