...

"Eurovision"un finalına vəsiqə qazanan ilk yarımfinalçıların çıxış ardıcıllığı bugünkü püşkatmada müəyyənləşəcək

Eurovision-2012 Materials 22 May 2012 21:03 (UTC +04:00)
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Yarımfinal şousu Bakı vaxtı ilə gecə 00:00-da "Bakı Kristal Zalı"nda başlayacaq.
"Eurovision"un finalına vəsiqə qazanan ilk yarımfinalçıların çıxış ardıcıllığı bugünkü püşkatmada müəyyənləşəcək

Azərbaycan, Bakı, 22 may /Trend/

Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Yarımfinal şousu Bakı vaxtı ilə gecə 00:00-da "Bakı Kristal Zalı"nda başlayacaq.

Birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışacaq. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazana biləcək.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində yarışmaçılara səs göndərmək mümkün olacaq.

Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkün olacaq. Səsvermə qaydası belədir: bəyəndiyiniz ölkə təmsilçisinin çıxış ardıcıllığının nömrəsini 9450-yə SMS-lə göndərirsiniz. Bir telefondan maksimum 20 səs göndərmək mümkündür. Bir SMS 60 qəpikdir.

Qeyd edək ki, finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransındakı püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olunacaq.

Birinci yarımfinaldakı ölkələr və onların çıxış ardıcıllığı

01. Monteneqro
02. İslandiya
03. Yunanıstan
04. Latviya
05. Albaniya
06. Rumıniya
07. İsveçrə
08. Belçika
09. Finlandiya
10. İsrail
11. San Marino
12. Kipr
13. Danimarka
14. Rusiya
15. Macarıstan
16. Avstriya
17. Moldova
18. İrlandiya

Xəbər lenti

Xəbər lenti