Azərbaycan, Bakı, 24 may /Trend/
Eurovision Mahnı Müsabiqəsi 2012-ni izləyən fəxri qonaqlar sırasında yarışmanın ilk qalibi Lis Assia (Lys Assia) da var. Trend eurovision.az saytına istinadən xəbər verir ki, mügənni ötən gün Bakıya gəlib.
Xatırladaq ki, Lis Assia 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən Eurovision Mahnı Müsabiqəsində qalib olub. Həmin il İsveçrə təmsilçisi Lis Assiaya ifa etdiyi "Refrain" adlı mahnı qələbə qazandırıb.