...

"Eurovision"un ilk qalibi birinci yarımfinal şousunu maraqla izləyib

Eurovision-2012 Materials 24 May 2012 19:07 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsinin ilk qalibi, 1956-cı ildəki müsabiqədə İsveçrəni təmsil edən Lis Asia (Lys Assia) Bakıdakı "Eurovision" Mərkəzində olub.
"Eurovision"un ilk qalibi birinci yarımfinal şousunu maraqla izləyib

Azərbaycan, Bakı, 24 may /Trend/

"Eurovision" mahnı müsabiqəsinin ilk qalibi, 1956-cı ildəki müsabiqədə İsveçrəni təmsil edən Lis Asia (Lys Assia) Bakıdakı "Eurovision" Mərkəzində olub.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, o, müsabiqənin 57 illik tarixini və Azərbaycanın "Eurovision" səhnəsindəki qalibiyyətini əks etdirən ekspozisiyanı maraqla izləyib. Həmçinin, milli musiqi alətlərinin sərgisinə tamaşa edib.

Müğənni mayın 22-dəki birinci yarımfinal şousu haqqında da danışıb. O, həmin şounu böyük maraqla izlədiyini bildirib.

Bu gün Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda olan Lis Asia "Light your fire" şüarının ölkəmizə çox yaraşdığını deyib. Elə bütün "Eurovision" fanatlarına da builki müsabiqənin əsas şüarı ilə səslənib.

Xəbər lenti

Xəbər lenti