...

"Eurovision"un finalına vəsiqə qazanan II yarımfinalçıların çıxış ardıcıllığı bugünkü püşkatmada müəyyənləşəcək

Eurovision-2012 Materials 24 May 2012 19:55 (UTC +04:00)
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Yarımfinal şousu Bakı vaxtı ilə gecə 00:00-da "Bakı Kristal Zalı"nda başlayacaq.
"Eurovision"un finalına vəsiqə qazanan II yarımfinalçıların çıxış ardıcıllığı bugünkü püşkatmada müəyyənləşəcək

Azərbaycan, Bakı, 24 may /Trend/

Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Yarımfinal şousu Bakı vaxtı ilə gecə 00:00-da "Bakı Kristal Zalı"nda başlayacaq.

İkinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışacaq. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazana biləcək.

Trend-in məlumatına görə, yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində yarışmaçılara səs göndərmək mümkün olacaq.

Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkün olacaq. Səsvermə qaydası belədir: bəyəndiyiniz ölkə təmsilçisinin çıxış ardıcıllığının nömrəsini 9450-yə SMS-lə göndərirsiniz. Bir telefondan maksimum 20 səs göndərmək mümkündür. Bir SMS 60 qəpikdir.

Qeyd edək ki, finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransındakı püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olunacaq.

II yarımfinalda 18 ölkə təmsilçisinin "Bakı Kristal Zalı"nın səhnəsinə çıxma ardıcıllığı belədir:

01. Serbiya - Zeljko Joksimoviç ("Nije ljubav stvar")
02. Makedoniya - Kaliopi ("Crno E Belo")
03. Niderland - Joan Franka ("You And Me")
04. Malta - Kurt Kalleya ("This Is The Night")
05. Belarus - "Litesound" ("We Are The Heroes")
06. Portuqaliya - Filipa Souza ("Vida Minha")
07. Ukrayna - Qaytana ("Be My Guest")
08. Bolqarıstan - Sofi Marinova ("Love Unlimited")
09. Sloveniya - Eva Boto ("Verjamem")
10. Xorvatiya - Nina Badriç ("Nebo")
11. İsveç - Loreen ("Euphoria")
12. Gürcüstan - Anri Coxadze ("I'm A Joker")
13. Türkiyə - Can Bonomo ("Love Me Back")
14. Estoniya - Ott Lepland ("Kuula")
15. Slovakiya - Max Jason ("Mai Don't Close Your Eyes")
16. Norveç - Tooji ("Stay")
17. Bosniya və Herseqovina - Maya Sar ("Korake Ti Znam")
18. Litva - Donny Montell ("Love Is Blind")

Qeyd edək ki, final mayın 26-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti