...

Iran Buşəhr nüvə stansiyasının taleyi naməlumdur.

Dünya xəbərləri Materials 17 Sentyabr 2007 17:48 (UTC +04:00)

Aəzrbaycan, Bakı/ Trend , müxbir D.Xatinoğlu/ İran XİN-in sədri Mənuçehr Müttəkinin Rusiyada Buşəhr nüvə stansiyasının yanacağının hazırlanması və möhürlənməsi barədə verdiyi xəbəri Rusiya rəsmiləri təkzib edib.

İranın İSNAaqentliyinin bazar ertəsi verdiyi məlumata əsasən, Viyəndə olan Rusiya diplomatlarından biri nüvə yanacağının neçə il bundan əvvəl hazır olduğunu və Sibiyada saxlanıldığını bildirərək, yanacağın möhürlənmədiyindən xəbər verib. İranın nüvə təşkilatının sədri Rza Ağazadənin, MAQATE-nin Vyanada keçirilən 51-ci iclasında Rusiya Federal nüvə enerjisi agentliyinin sədri Sergey Kiriyenkoiləgörüşüb danışacağı barədə xəbər verilir. İSNA xəəbər agentliyi əlavə edib ki, Mənuçehr Müttəki birinci İran rəsmisi deyil ki , onun Rusiya rəsmiləri dilindən Buşəhr məsələsi üzrə verdiyi xəbər təkzib olunur. Bundan bir az əvvəl İranın təhlükəsizlik şurasının sədri Əli Laricani, Rusiyanın İranla, Buşər nüvə stansiyasının yanacağını təmin etməsi barədə son qərara gəldiklərini bildirmişdir. Ancaq İranla müqavilə bağlayan Rusiyanin "Stroyeksport" şirkətinin katibi bu xəbəri təkzib etdib.

Bundan əlavə, İSNA bildirib ki, Rəsmi Tehran Buşəhr nüvə stansiyasının bəzi dəzgahların istehsalını Rusiyaya həvalə etmşdi. Müqaviləyə əsasən, Rusiya keçən il dəzgahları İrana təhvil verməli idi , lakin dəzgahlar və alətlər indiyədək hazırlanmayıb. Rəsmi Moskva dəzgahların hələ hazır olmadığını bildirib və altı ay sonra hazır olacağına söz verib.

Buşəhr nüvə stansiyasının təkmilləşdirilməsi 30 ildir ki ,Rusiya şirkətlərinə verilib və Rusiya on il bu stansiyanın təkmilləşdirməsini gecişdirib.

.

Xəbər lenti

Xəbər lenti