...

Ukrayna prezidenti hüquq-mühafizə orqanlarına dərhal seçkilərin nəticələrinin ötürülməsindəki gecikməni araşdırmaq tapşırığı verib

Dünya xəbərləri Materials 1 Oktyabr 2007 20:16 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko hüquq-mühafizə orqanlarına dərhal növbədənkənar parlament seçkilərinin nəticələrinin hesablanmasının gecikmə səbəblərini araşdırmaq tapşırığı verib.

Dövlət başçısının mərbuat xidmətinin verdiyi məlumata görə, bu barədə dövlət başçısının Ukrayna xalqına müraciətində göstərilib.

"Ukraynanın şərq və cənub əyalətlərində, Donets, Luqansk, Odessa vilayətlərində və Krım Muxtar Respublikasında səslərin hesablanmasının gecikməsi məndə narahatlıq doğurur. Bu prosesdə ləngimə əlamətləri var",-deyə V.Yuşenko bildirib.O, Mərkəzi Seçki Komissiyası və Baş Prokurorluqdan tam izahat tələb edir. Son məlumatlara əsasən, Mərkəzi Seçki komissiyasına ən az hesablanmış bülleten Krım (55,78%), Luqansk vilayəti (56,82% ), Odessa (66,41%) və Donetskdən (67,39%) təqdim olunub.

Xəbər lenti

Xəbər lenti