Gürcüstan, Tiflis / Trend müxbir N. Kirsxalia/ Gürcüstan prezidenti Miaxail Saakaşvili bu axşam 22.00 millətə müraciət edəcək.
Gürcüstan liderinin çıxışı Tiflisdə müxalifətin parlament qarşısında keçirilən mtinqi ilə bağlı olacaq. " Mze " telekompaniyasının yaydığı xəbərə görə , prezidentin müraciəti bu kanal vasitəsilə yayımlanacaq . Öz çıxışında prezident ilk dəfə olaraq Gürcüstanda son günlər baş verən hadisələrə şərh verəcək .
Noyabrın ikisindən Tiflisdə parlament qarşısında müxalifətin kütləfi aksiyaları keçirilir . Mitinqçilər bu mərhələdə prezident Saakaşvilinin istefasını tələb edirlər .