...

Vardan Oskanyan Ermənistanda prezident seçkilərinə qədər Qarabağ münaqişəsinin nizamlanmasına dair razılığın əldə edilməsini "mürəkkəb" hesab edir

Dünya xəbərləri Materials 9 Yanvar 2008 17:05 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün ölkədə fevralın 19-a təyin edilən prezident seçkilərinədək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılığın əldə edilməsinin mürəkkəb olacağını bəyan edib.

"Mediamaks" Agentliyinin verdiyi məlumata görə, Yerevanda keçirilən mətbuat konfransında çıxış edən Ermənistanın XİN başçısı Vardan Oskanyan qeyd edib ki, seçkilərə qədər belə bir razılaşmanın əldə olunması arzulanan olardı.

2007-ci ildə sülh prosesinin inkişafı barədə danışan Ermənistanın XİN başçısı bildirib ki, bir sıra prinsiplər razılaşdırılmasa da, tərəflər müəyyən irəliləyişlər əldə ediblər.

Oskanyan, əsasını Dağlıq Qarabağ "xalqı"nın müstəqil olaraq öz müqəddaratlarını təyin etmə məsələsi təşkil edən mövcud təkliflər ətrafında danışıqları davam etdirmək barədə Ermənistan tərəfinin hazır olduğunu bildirib.

Ermənistanın xarici işlər naziri 2008-ci ildə nizamlanma prosesində "böyük fəallıq"ın müşahidə olunacağına dair fikir bildirib.

Xəbər lenti

Xəbər lenti