...

Böyük Britaniyanın eks-baş naziri Marqaret Tetker xəstəxanaya gətirilib

Dünya xəbərləri Materials 8 Mart 2008 06:02 (UTC +04:00)

On bir il Böyük Britaniyanın baş naziri vəzifəsində çalışan, baronessa Marqaret Tetker xəstəxanaya gətirilib. Bu barədə britaniyanın Sky News telekanalı Tetkerə yaxın olan mənbələrə istinadən xəbər verir.

82 yaşlı Tetker Böyük Britaniyanın cənubunda müqəddəs Tomas xəstəxanasına yerləşdirilib. İlkin məlumata əsasən Tetker profilaktik müayinə keçir.

Qrantem şəhərindən (Linkolnşir qraflığı) baqqalın qızı Tetker 1975-ci ildə Konservativ partiyasına rəhbərlik etməyə başladı, 4 may 1997-ci ildə isə Böyük Britaniyada baş nazir postunu tutan ilk qadın oldu.

Xəbər lenti

Xəbər lenti