...

Fələstin dövlətinin yaradılması təhlükəsizlik baxımından İsrailin maraqlarına cavab vermir – İsrailin XİN başçısı

Dünya xəbərləri Materials 10 Mart 2008 04:35 (UTC +04:00)
Fələstin dövlətinin yaradılması təhlükəsizlik baxımından İsrailin maraqlarına cavab vermir – İsrailin XİN başçısı

İsrailin Xarici işlər nazirliyinin başçısı Sipi Livni bazar günü bildirib ki, Fələstin dövlətinin yaradılması təhlükəsizlik baxımından İsrailin maraqlarına cavab vermir. NEWSRU agentliyi xəbər verir.

Bu bəyanat ABŞ-nın Yaxın Şərqdə üzrə xüsusi nümayəndəsi Ceyms Conson ilə görüşü zamanı səsləndirilmişdir. "Qaley ÇAXAL" radiostansiyası xəbər verir.

Bazar günü fələstin mənbələri xəbər verirdilər ki, İsrail Qəzza terrorist təşkilatları ilə aytəşin dayandırılması barədə razılıq əldə edib. Faktiki olaraq razılaşma qüvvəyə minib. Ona görə də, istirahət günləri ərzində İsrail ərazisinə cəmi bir raket atılıb. Ynet agentliyinin, fələstin mənbələrinə istinadən, verdiyi məlumata əsasən İsrail höküməti bunun müqabilində söz verib ki, Qəzza bölgəsində antiterror əməliyyatları keçirməyəcək və qrupların liderlərini bombarduman etməyəcək.

Bir qədər əvvəl xəbər verilirdi ki, Misir, fələstin-israil bölgəsində sülhün əldə olunmasına dair xüsusi proqram hazırlayıb. Proqram çərçivəsində fələstinlilər raketlərdən atmağı dayandırırlar, İsrail isə antiterror əməliyyatından imtina edir və İordan çayının Qərb sahilindən postları götürür.

Xəbər lenti

Xəbər lenti