...

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ermənistan hakimiyyətini fövqəladə vəziyyət rejimini ləğv etməyə çağırıb

Dünya xəbərləri Materials 14 Mart 2008 13:24 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ermənistan hakimiyyətini fövqəladə vəziyyət rejimini ləğv etməyə çağırıb

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyki Talvitie Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə, müxalifətlə dialoqa başlamağa və prezident seçkilərndən sonra yaranan gərginliyi aradan qaldırmağa çağırıb.

ATƏT-in Yerevan ofisindən "Mediamaks"a verilən məlumata görə, Talvitie qeyd edib ki, böhranın aradan qaldırılması Ermənistan hökumətinin maraqlarına xidmət edir. "Yeni seçilən prezidentin inaqurasiya günü yaxınlaşır. Düşünürəm ki, bu vəziyyətdə hökumət fövqəladə vəziyyəti ləğv etməli və müxalifətlə real dialoqa başlamalıdır" - deyə səfir ATƏT Daimi Şurasının üzvlərinə Ermənistana etdiyi son iki səfərinin yekunlarını şərh edərkən bildirib.

Talvitie qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlka Kanerva tərəfləri Ermənistandakı böhranın aradan qadırılması üçün dialoqa təşəbbüs göstərməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti