...

BMT TŞ-nin iclasında Abxaziya və Cənubi Osetiyaya dair qəbul edilən kommunike Gürcüstanın qələbəsidir

Dünya xəbərləri Materials 24 Aprel 2008 17:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 aprel/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan tərəfi dörd dost ölkə - ABŞ, Böyük Britaniya, Almaniya və Fransa tərəfindən qəbul edilən kommunikeni ölkənin qələbəsi kimi qiymətləndirir. Bu barədə icraçı və qanunverici hakimiyyətlərdə bəyan edilib.

Ərazi bütövlüyü məsələləri üzrə müvəqqəti parlament komissiyasının sədri Şota Malaşxiya jurnalistlərə bildirib ki, dost ölkələrin kommunikesi "ərazi bütövlüyünün bərpa edilməsi yolunda başlanğıc mərhələdir". "Bu ciddi addımdır və yalnız qiymətləndirmə baxımından yox. Bu istiqamətdə işlər davam etdirildiyi halda, yaxın vaxtlarda Gürcüstan ölkənin ərazi bütövlüyünün bərpa edilməsini bayram edəcək", - o qeyd edib.

Reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvilinin bəyanatına görə, əsas bu kommunikeni hansı ölkələrin qəbul etməsidir. "Burada söhbət ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan gedir. Hamıya yaxşı məlumdur ki, bu dövlətlər dünyada hansı çəkiyə malikdirlər", - o qeyd edib. Dövlət nazirinin sözlərinə görə, kommunikedə Rusiyanın hərəkətləri birmənalı şəkildə pislənib, burada RF-nin onun qəbul etdiyi qərarları yerinə yetirməməsinə dair çağırış var. Bundan əlavə, Gürcüstanın ünvanına olan təcavüz faktları pislənib, Gürcüstan prezidentinin dinc təşəbbüsü dəstəklənib.

BMT TŞ-nin iclasında kommunike qəbul edilib. Onu imzalayan ölkələr Gürcüstan-Abxaziya münaqişəsi zonasında eskalasiya riskini artıran hərəkətlərlə bağlı narahatlıqlarını ifadə edir və münaqişəyə cəlb olunmuş bütün tərəfləri hərbi hərəkətlərdən imtina etməyə və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağa çağırırlar. Onlar həmçinin Rusiyanın Çxinvali və Suxumi ilə birbaşa, rəsmi münasibətlərin yaradılmasına dair qərarı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti