Gürcüstan, Tbilisi, 28 may / Trend , N.Kirtsxaliya/ MSK-nın ilkin nəticələrinə əsasən Gürcüstan parlamentinə daxil olmuş hakim "Vahid Milli Hərəkat" partiyasının millət vəkilləri mayın 28-29-da narkoloji yoxlamadan keçəcəklər.
Gürcüstan MSK-nın verdiyi məlumata görə, mövcud olan qanunvericiliyə əsasən, parlamentə daxil olmuş bütün millət vəkilləri mütləq qaydada iyunun 4-dək narkoloji yoxlamadan keçməlidirlər.
Yoxlamadan keçməyən millət vəkillərinin statusları yeni seçilmiş parlamentin çox güman ki, iyunun 10-da keçiriləcək ilk iclası zamanı ləğv ediləcək.
Parlamentdə 30 mandat alan müxalifət partiyalarının nümayəndələri də yaxın günlərdə narkoloji yoxlamadan keçmək niyyətindədirlər. Onlar yeni parlamentdə işləmək niyyətində olmasalar da, narkoloji yoxlamadan keçəcəklər.
Gürcüstan müxalifəti parlament seçkilərinin yenidən keçirilməsini tələb edir.