Qazaxıstan, Astana, 02 iyul/ Trend , müxbir K.Konırova/ ATƏT PA-nın Astanada keçirilən 17-ci yığıncağında Gürcüstanda stabillik üzrə qəbul olunan bəyannamənin Gürcüstan ərazisindən keçən Qafqaz enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsinə də aidiyyatı var, Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya üzrə Komitəsinin başçısı David Darşiaşvili bildirib.
ATƏT PA-nın Astanada keçirilən yığıncağında Moskvanın Gürcüstan ərazisindəki tanınmamış respublikalara dair siyasətini tənqid edən bəyannamə qəbul edilib. ABŞ-ın tövsiyə etdiyi sənəd Rusiya nümayəndə heyətinin kəskin etirazlarına baxmayaraq, qəbul olunub.
"Cənubi Qafqaz regionunda stabillik
Avropa enerjisi və enerji təhlükəsizliyi
üçün çox böyük əhəmiyyətə
malikdir. Qəbul olunan bəyannamənin də əlbəttə
ki, bu problemə aidiyyatı var", - Darşiaşvili deyib.
Bununla belə, Gürcüstan Parlamentinin nümayəndəsi
qeyd edib ki, "bəyannamə hər şeydən əvvəl
gürcü-abxaz münaqişəsinə aiddir və Rusiya
Federasiyasının qoşunları yeritmək barədə
addımlarına və bu yaxınlarda Putinin Abxaziya
separatçı hökuməti ilə rəsmi
əlaqələrin qurulması barədə
qərarının realizəsinə imkan verməmək
məqsədi daşıyır".
"Astanada qəbul olunan
Gürcüstan üzrə bəyannamə bu addımlardan
imtina edilməsini tələb edir", - o deyib.
Darşiaşvili hesab edir ki, ATƏT-in bu reaksiyası və
NATO, Avropa İttifaqı kimi digər beynəlxalq
təşkilatların mövqeləri Rusiya
Federasiyasının Gürcüstanla olan
qarşılıqlı münasibətlərinə təsir
edəcək