...

Gürcüstanda Rusiya aviasiyasının gecə bombardmanları nəticəsində 21 nəfər həlak olub

Dünya xəbərləri Materials 9 Avqust 2008 12:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Potinin 7-ci körpüsünün gecə bombardmanı nəticəsində 9 nəfər həlak olub.

Potidə yerləşən neft terminalı və gürcü hərbi-dəniz bazası gecə bombardmanına məruz qalıb. Həlak olanların əksəriyyəti dinc sakinlərdir, lakin ölənlərin arsında hərbçilər də var.

Senakidə yerləşən hərbi bazanın gecə vaxtı atəşə tutulması nəticəsində 12 gürcü hərbçisi və ehtiyatda olanlar həlak olub, daha 10 nəfər isə yaralanıb. Onlardan dördü ağır vəziyyətdə Zuqdidi xəstəxanasına çatdırılıb. Xoni və Kopitnarinin bombardmaninda ölən yoxdur.

Dünən Rusiya prezidenti Dmitri Medvedyev Almaniya kansleri Angela Merkellə söhbətində bildirib ki, gürcü tərəfinə təsir etmək üçün "Rusiya hərbi və siyasi xarakterli tədbirlər görməkdədir".

Xəbər lenti

Xəbər lenti