Gürcüstan, Tbilisi, 09 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Milli Təhlükəsizlik Şurasının şənbə günü keçirilən iclasında Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Rusiyanın təcavüzü bu ölkə tərəfindən uzun illər ərzində hazırlanmış və Gürcüstana qarşı düşünülmüş, həmçinin, yaxşı maskalanmış və həyata keçirlmiş planın bir hissəsidir.
"Biz son illərdə Rusiya ilə qarşıdurmadan qaçmaq üçün əlimizdən gələni elədik. O zaman bizim yanağımızdan vuranda, üz çevirib gedirdik, lakin bu gün bu mümkün deyil", - deyə Saakaşvili bildirib.
O qeyd edib ki, Rusiya bombardımanının məqsədi Gürcüstan əhalisini qorxutmaqdır. "Biz hərbi vəziyyəti nəzərə alaraq, işimizi normal rejimidə davam etdirməliyik, mən şadam ki, bizim bütün iqtisadi strukturlarımız yaxşı işləyir, indi biz əhalini lazım olan hər şey ilə təmin edirik", -deyə Saakaşvili bildirib.
"Hazırda təcavüzkarlar bizim geniş etnik tərkibə malik xalqımızın gözündə çaxnaşma görmək istəyirlər, lakin bu onlarda alınmayacaq, biz birləşməliyik. Biz 90-cı illərin əvvəlində deyilik, o zaman Tbilisidə müharibə gedəndə bölgələrdə kef çəkirdilər. Lakin cəmiyyət səfərbərliyə alınmalıdır və xalqa informasiya verilərsə, onlar rahat olacaq və biz haker hücumunun olduğu bir vaxtda əhalidən heç nəyi gizlətmək niyyətində deyilik. Hazırda təbliğat aparılır və bizim informasiya vasitələrimiz daim düzgün məlumat verməlidir ", - deyə Saakaşvili bildrib,.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend