Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın bütün sərhəd nəzarət-buraxılış məntəqələri (NBM) adi iş rejimində işləyir və onlara heç bir məhdudiyyət tətbiq edilməyib. Bu barədə Gürcüstan sərhəd polisinin bazar ertəsi yayılan bəyanatında bildirilir.
"Bütün qanuni sərhəd nəzarət-buraxılış məntəqələri fəaliyyətdədir və onlara heç bir məhdudiyyət qoyulmayıb, vətəndaşlar müəyyən olunmuş qayda-qanun çərçivəsində sərbəst şəkildə ölkəni tərk edə və ya ölkəyə daxil ola bilərlər", - deyə bəyanatda bildirilir.
Rusiya KİV-i bazar ertəsi Gürcüstan polisinin Rusiya vətəndaşlarını ölkəni tərk etməyə imkan verməməsi barədə məlumat yayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend