Rusiya, Moskva, 13 avqust / Trend , müxbir R. Ağayev/ İnsanlar öz evlərinə qayıtmalıdır. Bu barədə çərşənbə günü Vladiqafqazdan tele -körpüdə Rusiya Federasiyasının fövqəladə hallar naziri Sergey Şoyqu bildirib.
"İnsanlar öz evlərinə qayıtmasa, uşaqlar məktəbə getməsə, bunu təşkil edənlərin öz vəzifələrinin öhdəsindən gəldiyini hesab etmək olar. Biz buna yol verməməliyik", - deyə Şoyqu bildirib.