Rusiya, Moskva, 13 avqust / Trend , müxbir R. Ağayev/ Biz öz gücümüzü, on dəfə olmasa da, üç dəfə artırmalıyıq. Bu barədə çərşənbə günü Vladiqavqazdan tele-körpü zamanı Rusiya Federasiyasının fövqəladə hallar naziri Sergey Şoyqu bildirib.
"Bu gün biz Tsxinvali əhalisini ərzaqla təmin etməyə başlayırıq. Yaralıların qəbulu davam edir. Biz öz gücümüzü, on dəfə olmasa da, üç dəfə artırmalıyıq. On gün ərzində bütün enerji şəbəkəsinin bərpa edilməsi məsələsini qarşımıza məqsəd qoymuşuq", - deyə Şoyqu söyləyib.
.